Bərxudarov Toğrul Məmməd oğlu 30 iyun 1987-ci il tarixində Gəncə şəhərində anadan olub.
Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilməsi ilə paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi, eyni zamanda paytaxt sakinlərinin kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində olduğu kimi Nəsimi rayonunda da hərbi orkestrlərin nümunəvi çıxışları olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.