Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

15 sentyabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.

 Görülmüş işlər çərçivəsində  A.Mustafayev küçəsi 10, 12 ünvanda binaların fasadları təmir edilmiş, hazırda həyət sahəsində torpaqlama işləri aparılır. Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə iki ədəd söhbətgah quraşdırılmış, yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif növ idman qurğularının və uşaq oyun elementlərinin qurulması üçün müvafiq işlərə başlanılmışdır.

Keçidlər