Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhali arasında maarifləndirmə işləri davam etdirilir

14 oktyabr 2020 | 16:00

Koronavirusa qarşı mübarizə bu gün dövlətimizin gündəliyində birinci sıradadır. Yaradılmış Operativ Qərargah virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımı qabaqlayıcı tədbirlər görülür, tövsiyələr verilir. Vətəndaşların virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır.

Bu gün Azərbaycan xalqı iki virusa qarşı apardığı mübarizədə birlik nümayiş etdirir. Rayonda yerləşən müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, vətəndaşların da müvafiq tövsiyələrə intizamla əməl etməsi sayəsində lazımı nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birinə dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirlər hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəyliy, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.

Bütün bu görülən işlər və birlik onu göstərir ki, xalqımız koronavirusa qarşı apardığı mübarizədə uğur qazanacaq, ağır sınaqlardan ən az itkilərlə çıxacaq. Elə etmək lazımdır ki, bu eyni zamanda ölkəmizin canına hopmuş siyasi virusun da sonu olsun.

Koronavirus pandemiya şəraitində vətəndaşları  effektiv şəkildə qorumaq üçün Nəsimi rayon İcra Hakimiyyətinin mobil qrupları əhalinin sıx olduğu yerdə mütəmadi maarifləndirmə işi aparır və qoruyucu maskalar paylanılır.

Qeyd olunmalıdır ki, ölkədə karantin rejimi tətbiq ediləndən bəri Nəsimi rayon İcra hakimiyyətində önləyici tədbirlər yüksək səviyyədə həyata keçirilir. Belə ki. mütəmadi olaraq ərazidə yerləşən ərzaq mağazaları, aptek və supermarketlər, xəstəxanaların həyətləri ziyarət edilərək vətəndaş və ictimai iaşə obyektlərinin əməkdaşları ilə maarifləndirici söhbətlər edilir. Əməkdaşlarımız qapalı məkanlarda sanitar-epidemioloji qaydaların gözlənib-gözlənilmədiyini bilavasitə nəzarət edirlər. Baxış zamanı müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir. Qapalı məkanlarda sıxlığa yol verilməməsi və tibbi qoruyucu vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsinə dair söhbətlər aparılır. Karantin rejimi ilə əlaqədar Nəsimi rayonu ərazisində monitorinqlər davam edir.

Keçidlər