Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Azərbaycan Ordusu yeni hərbi uğurlara imza atır. Qarabağ Azərbaycandır !

19 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şanlı Azərbaycan Ordusunun Xudafərin körpüsünü, Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini işğaldan azad etdiyini bəyan etdi.

Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın sonundan başlayaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımzın bir qisminin azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Ordumuz öz qüdrətini göstərir, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi modern ordu quruculuğunun uğurlu nəticələri praktik olaraq döyüş meydanında nümayiş olunur.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev həmişə olduğu kimi, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, sərkərdə qətiyyəti və prinsipiallıq nümayiş etdirir. Ermənistanın havadarları olan dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Milli maraqlarımız Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Ölkəmizin hər yerində bu günlər döyüş əhvali-ruhiyyəsi, qələbə əzmi hökm sürür.
Əli silah tutan, döyüş qabiliyyətli hər kəs cəbhədə, düşmənə layiqli cavab verən döyüşçülərimizin sırasında olmağı özünə şərəf bilir. Çünki bilirik ki, biz öz torpağımız uğrunda döyüşürük.
           
Müzəffər Azərbaycan Ordusu yeni hərbi uğurlara imza atır.

Qarabağ Azərbaycandır !

 

Keçidlər