Şriftin ölçüsü :

Saytın rəngi :

Mənfur işğalçılar Azərbaycan torpağından qovulur. Qarabağ Azərbaycandır!

20 oktyabr 2020 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  bu gün xalqımıza müraciətində qüdrətli Azərbaycan Ordusunun  Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəllli, Yuxarı Aybasanlı kəndlərini, Cəbyayıl rayonunun Saravşa, Həsənqayıdı, Muğanlı, İmanbağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini,  Xocavənd rayonun Ağcakənd, Mülkidərə, Daşbaşı, Günəşli, Çinarlı kəndlərini, Zəngilan rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkarı, Şərifan, Muğanlı kəndlərini, Zəngilan şəhərini işğalçılardan azad etdiyini bəyan etdi.

Azərbaycan Ordusu layiq olduğu qələbəni qazanmaqdadır. Orduzumun zəfər yürüşü davam edir. Ermənistan silahlı qüvvələri bu gücün, bu iradənin qarşısında geri çəkilməyə, məğlubiyyətə uğramağa məhkumdurlar.

Bu günlərdə hamımızın qəlbi dövlət başçısının irəli sürdüyü "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir, biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq!  Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qüdrətli Ordumuz işğal altındakı bütün torpaqlarımızı tezliklə azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin edəcək və şanlı bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq!

Keçidlər