Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

20 oktyabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda (M.Qaşqay küçəsində Salatın Əsgərova küçəsindən Bakıxanov küçəsinədək)  avtomobil yolu və səkilərdə başlanılmış əsaslı təmir işləri davam etdirilir. Piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, kanalizasiya boruları yenilənir, yağış sularının axıdılması üçün münasib yerlərdə barmaqlıqlar quraşdırılır.

 

Keçidlər