Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Azərbaycan Ordusu qəsəbə və kəndlərimizi işğaldan azad edir.

22 oktyabr 2020 | 16:00

 

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev  müzəffər Azərbaycan Ordusu tərəfindən Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərinin  işğaldan azad edildiyini açıqlayıb.

Müzəffər Azərbaycan Ordusu 26 gündə Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, onların bir neçə kəndlərini, eyni zamanda Xocavənd rayonunun  bir neçə kəndini, Hadrut, Mincivan qəsəbəsini və bir neçə mühüm strateji nöqtələri, Zəngilanın Ağbənd qəsəbəsini işğaldan azad edib.  Uzun müddətdir “məğlubedilməz” ordu kimi təqdim edilən Ermənistan ordusunu Azərbaycan əsgəri cəmi bir neçə gündə məğlub edərək irəliləməkdə davam etməkdədir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin işğaldan azad olunduğu barədə müjdələri xalqımızı qalibiyyət əhvali-ruhiyyəsində kökləyib. Azərbaycan cəmiyyəti qələbə ovqatındadır.

 On minlərlə soydaşımız illərdir daş kimi qəlbimizdən asılmış məcburi köçkün adı ilə vidalaşacaq. Artıq hamı 30 ilə yaxındır ki, həsrətlə gözlədiyi Böyük Qələbənin çox yaxında olduğuna əmindir. Şanlı Ordumuz cəbhədən gələn hər zəfər xəbərləri ilə bizi addım-addım arzularımızdakı o günə yaxınlaşdırır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarix yazan şanlı ordumuza bizə bu qüruru yaşatdığına görə bir ömürlük minnətdarlıq borcumuz var.

 Eşq olsun Azərbaycan Ordusuna !

 Qarabağ Azərbaycandır !

Keçidlər