Şriftin ölçüsü :

Saytın rəngi :

Ordumuzun zəfər yürüşü davam edir. Biz haqlıyıq, xalqımız müqəddəs arzusuna çatır.

26 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində  Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd kəndlərinin, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin erməni işğalçılarından azad edildiyini bildirib.

Bu gün Azərbaycan çox xoşbəxtdir. Onun şanlı tarixinə  yeni-yeni qəhrəmanlıq səhifələri yazılır. Qəsbkar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi, şanlı Ordumuzun  gücü ilə azad olunur. Ordumuzun bir-birinin ardınca qazandığı şanlı və tarixi qələbələr xalqımızın hədsiz sevincinə səbəb olur.

Mənfur işğalçı düşmən Birinci Qarabağ müharibəsində işğal altında olan Azərbaycan torpaqlarının maddi-mədəni irsini yerlə-yeksan etmiş, xalqımızın, tariximizin canlı şahidi olan bütün qalaları, sərdabələri, məscidləri və digər tarixi abidələri məhv etmişdir. Mədəni və tarixi irsimizin nadir incilərini oğurlayaraq öz adlarına çıxmışlar. Onlar bir şeyi unutmuşlar ki, hər şeyin geci-tezi var. Həmin günlər tarixi qələbələrimizin nəticəsində gəlir və haqq-ədalət, gec də olsa, uzun illərdən sonra bərpa edilir.

Faşizm ideologiyasına xidmət edən cəllad erməni işğalçıları Azərbaycana qarşı olan ədalətsiz müharıbəni, işğalçılıq siyasətini dayandırmalı, qeyri-şərtsiz olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Əgər bu baş verməsə şanlı Azərbaycan Ordusu işğalçıları “iti qovan kimi” sona qədər qovmaqda davam edəcəkdir.

Qarabağ Azərbaycandır!   Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan Ordusuna!  Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə !

Keçidlər