Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhali arasında maarifləndirmə işləri davam etdirilir

03 noyabr 2020 | 16:00

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə  karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.

Monitorinqlər zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.

Nəsimi rayon İcra Hakimiyyətinin mobil qrupları əhalinin sıx olduğu yerlərdə mütəmadi maarifləndirmə işləri  aparır və qoruyucu maskalar paylanılır. Karantin rejimi ilə əlaqədar Nəsimi rayonu ərazisində monitorinqlər davam edir.

Həmçinin RİH Başçısı Asif Məhərrəmov 62 ünvanında olaraq vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

 

Keçidlər