Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

21 dekabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Cəlil Məmmədquzadə küçəsində Akademik H.Əliyev küçəsindən A.Salamzadə küçəsinədək avtomobil yolu və səkilərdə başlanılmış əsaslı təmir işləri davam etdirilir, bardürlər yeniləri ilə əvəz olunur, piyada səkileri yaradılmış və küçə işıqlandırılmış.

Cəlil Məmmədquluzadə küçəsi boyunca yaşayış və qeyri yaşayış binalarının, eləcə də fərdi yaşayış evlərinin fasadları təmir edilərək rənglənmə işləri aparılır, məişət tullantılarınının müvəqqəti tullanması üçün yeni meydança tikilərək yeni qapaqlı konteynerlər yerləşdirilmiş, görünüşə xələl gətirən reklamlar sökülmüş, yeni yaşıllıqlar salınmış və sakinlərin istirahəti üçün mini parklar yaradılmış.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər