Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

21 dekabr 2020 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Ş.Əzizbəyov küçəsinin Q.Quliyev küçəsindən Topçubaşov küçəsinədək kəsişmədə avtomobil yolunun asvalt örtüyü yenisi ilə əvəz olunmuş və piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, yağış sularının axıdılması üçün münasib yerlərdə barmaqlıqlar quraşdırılır.

Həmçinin RİH Başçısı qeyd olunan ünvanda olaraq vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər