Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Şəhid ailələrinin yaşadığı binalarda abadlıq-quruculuq işlərinə başlanılmışdır.

19 yanvar 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhid Abdullayev İbrahim Habil oğlunun yaşadığı Moskva prospekti 80 saylı və Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı ünvanlarda RİH tərəfindən abadlıq-quruculuq işlərinə başlanmışdır.

İşlər çərçivəsində binaların fasadında təmir işləri aparılır, yağış sularını axıdan borular və navalçalar eyni zamanda qapı və pəncərələr yenisi ilə əvəz olunur, giriş pilləkən meydançalarında təmir bərpa işləri aparılır. Binanın həyətində söhbətgahın inşası, oturacaq və uşaqlar üçün oyun meydançasının quraşdırılması nəzərdə tutulub. 

Həmçinin RİH Başçısı qeyd olunan ünvanlarda olaraq görülən işlərlə tanış olmuş və işlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar vermişdir.

 Başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

Keçidlər