Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda qarlı hava şəraitinə hazırlıq işləri görülüb.

19 yanvar 2021 | 16:00

Nəsimi rayonunda qarlı hava şəraitinə hazırlıq ilə bağlı İcra Hakimiyyəti, təsərrüfat xidmətləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatlar tərəfindən müvafiq hazırlıq işləri görülüb.

Nəsimi rayon Mənzil Komunal Təsərrufat Birliyinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bundan başqa, rayon üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılıb.

Bütün texniki təchizat vasitələri bir neçə dəfə yoxlanış prosesindən keçirilib və hava şəraitindən asılı olaraq, ictimai nəqliyyatın fəaliyyətinə çətinlik yaranmaması üçün təmizlik işlərinin gecə saatlarında görülməsi planlaşdırılıb.

Keçidlər