Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilmişdir.

23 yanvar 2021 | 16:00

Silsilə tədbirlər çərçivəsində Nəsimi rayonu ərazisində  genişmiqyaslı abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.

Son illər sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır. Silsilə tədbirlərin davamı olaraq ümumrayon iməciliyi keçirilmişdir.

İməclik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılmışdır.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

 Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər