Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Xocalı şəhidlerinin xatiresinə 613 ədəd ağac ekilmişdir.

23 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizidə aparılan geninşmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda da yaşayış sahələrinin, məhəllə və həyətlərin, küçələrin, park və istirahət yerlərinin abadlaşdırılması, ekoloji tarazlığın təmin edilməsi, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.

Həyata keçirilən tədbirlər çərçivəsində rayonda növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca 613 ədəd həmişəyaşıl ağac əkilmiş ,mövcud ağaclara qulluq göstərilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik keçirilən ərazidə yaşayan sakinlər aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər