Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

01 mart 2021 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Moskva prospekti 80 ünvanında binanın fasadı təmir edilərək rənglənmiş, binanın girişlərində pilləkən qəfəsləri əsaslı təmir edilmiş,sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bir ədəd söhbətgah qoyulmuş,uşaq oyun elementlərinin quraşdırılması üçün hazırlıq işləri aparılır.  

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla  hazırda təmir işləri davam etdirilir.

 

Keçidlər