Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

27 mart 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Asif Məhərrəmov küçəsi 37 və Moskva prospekti 84 saylı ünvanlarda yerləşən binaların fasadlarında əsaslı təmir işlərinə başlanmışdır. Görüləcək işlər çərçivəsində qeyd olunan ünvanlarda binaların fasadları təmir edilərək rənglənməsi, binaların girişlərində pilləkən qəfəslərinin əsaslı təmir edilmisə, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahların qoyulması istiqamətində hazırlıq işləri davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər