Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 1-ci mikrorayon ərazisində məhəllədaxili yolların asfaltlaşdırılması davam etdirilir.

30 mart 2021 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda A.Məhərrəmov küçəsi 35,37,45,47 və Moskva prospekti 70,78,80,82,84 saylı ünvanlarda  məhəllə daxili avtomobil yolları və səkilərin əsaslı təmir davam etdirilir.

 RİH Başçısı qeyd olunan ünvanlarda olaraq sakinlərin qaldırdıqları digər məsələlərin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verib.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər