Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iməcilik keçirilmişdir.

10 aprel 2021 | 16:00

Nəsimi rayonunda  koronavirus (COVİD - 19) pandemiyasına qarşı həyata keçirilən kompleks tədbirlər çərçivəsində yaz-yay mövsümünün gəlişi ilə əlaqədar  iməcilik keçirilmişdir.

 İməcilik  zamanı rayonun Vaqif prospekti, H.Ələsgərov və Ə.Qasımzadə küçələri boyu parklarda,  H.Seyidzadə, M.Cəlal küçələri və Moskva prospekti boyu  yaşıllıq zolaqlarında cari təmir  və sanitar təmizlik işləri  aparlmışdır.

Eyni zamanda rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda mövcüd yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abalıq və təmizlik işləri görülmüşdür.

İməclikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin , ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak etmişlər.

Keçidlər