Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhid Dmitriy Solnsevin doğum günü qeyd olunub.

15 aprel 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir.

Vətən müharibəsi şəhidi D.Solnsevin ad günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri 2 saylı Fəxri və Şəhidlər Xıyabanında olmuş, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.

Şəhidin bacısı ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Keçidlər