Şriftin ölçüsü :

Saytın rəngi :

M.Cəlal küçəsi boyunca parklarda və yaşıllıq zolaqlarında abadlıq işləri davam etdirilir.

16 aprel 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 4-cü mikrorayon M.Cəlal küçəsi boyunca mövcud parklarda və yaşıllıq zolaqlarında təmir və abadlıq işlərinə başlanılıb.

Abadlıq işləri zamanı parkdakı oturacaqlar,söhbətgahlar, işıq dirəkləri, idman qurğuları və uşaq oyun elementləri təmir edilir, tamet daşları yenilənir, yeni bardürlər qoyulur, sanitar-təmizlik işləri aparılaraq mövcud yaşıllıqlar bərpa olunur.

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq aparılan abadlıq işlərinin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər