Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun anası ilə görüş keçirilib.

17 aprel 2021 | 16:00

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Şəhid Tahir Həsənovun anası Qalibə xanım Budaqovanın istəyi ilə onunla görüş keçirilib. Görüşdə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Tahir Həsənovun anası Qalibə xanım Budaqovaya, qazilər Vidadi Ağaqulov və İlham Rüstəmova qaldırdıqları məsələlər ilə əlaqədar geniş izahat verilib.

Görüşün sonunda Nəsimi rayon Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri ictimai birliyinin sədri Azər Quliyev, qazilər Vidadi Ağaqulov və İlham Rüstəmov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər