Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadıqları ünvanda aparılan abadlıq işləri davam etdirilir.

05 may 2021 | 16:00

Nəsimi rayonunda Şəhid Hüseynzadə Həmidağa Bağı oğlunun ailə üzvlərinin yaşadıqları Asif Məhərrəmov küçəsi 28 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq, təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Hazırda binanın fasadında əsaslı təmir işləri aparılır, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunur, binanın girişlərinin qapı və pəncərələri dəyişdirilir, pilləkən meydançalarında təmir-bərpa işləri davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq işlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar aidiyyətı şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər