Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

21 iyun 2021 | 16:00

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Cavadxan küçəsi 14 və 20 saylı binaların əhatə etdiyi ərazidə də, RİH tərəfindən başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazirda binaların fasadlarında əsaslı təmir işlərinə başlanılıb. Təmir–bərpa işləri zamanı yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır.

Hazırlanmış layihəyə uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, futbol və şahmat meydançası, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur.

RİH başçısı qeyd olunan ünvanlarda olaraq sakinlər ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər