Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları ünvanda aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.

23 iyul 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Toğrul Bərxudarovun valideynlərinin yaşadığı  20 Yanvar küçəsi 9 saylı binanın həyətində və ətraf ərazidə  aparılan abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

Hazırlanmış layihəyə uyğun olaraq 20 Yanvar küçəsi 9 saylı binanın həyətinə tamet daşları vurulub, asfaltlaşma işləri aparılıb, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, binanın dam örtüyü cari təmir edilib, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq işıq dirəkləri quraşdırılıb.

Hazırda binanın fasadında və Şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işləri davam etdirilir, binanın həyətində yaşıllaşdırma işləri aparılır.

 

Keçidlər