Şriftin ölçüsü :

Saytın rəngi :

S.C.Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə təmir- bərpa işləri davam etdirilir.

26 iyul 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə  abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların fasadları əsaslı təmir olunur, binalarin həyətlərinə tamet daşları vurulur və yeni bardürlər qoyulur, yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi işləri aparılır.

Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.

RİH başçısı qeyd olunan ünvanda olaraq təmir-bərpa işlərinin operativ və keyfiyyətlə başa çatdırılması üçün müvafiq tövsiyyələr verib.

Keçidlər