Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Cəfərov Ruslan Gündüz oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

11 oktyabr 2021 | 16:00

Soyad: Cəfərov
Ad: Ruslan
Ata adı: Gündüz
Doğum tarixi: 19.11.1976
Şəhid olub: 11.10.2020
Rütbə: Mayor
Təltifləri

«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Döyüşdə fərqlənməyə görə» medalı

Ruslan Gündüz oğlu Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub. Əslən Xocalı rayonundan idi.

Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyaban dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra " Vətən uğrunda ", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən " Füzulinin azad olunmasına görə " və 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Döyüşdə fərqlənməyə görə”  medalları ilə təltif edilib.

 

Keçidlər