Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər bağında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

15 oktyabr 2021 | 16:00

Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanındakı bağda  xatirə kompleksinin inşaası davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazidə tamet daşları döşənilir, abidə kompleksində mərmər üzlüklərin vurulması işləri davam etdirilir, işıqlandırma sistemi yenilənir,  işıq dirəkləri quraşdırılır, yeni yaşıllıq zolaqları salınır və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər