Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər bağında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

26 oktyabr 2021 | 16:00

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanındakı bağda  xatirə kompleksinin inşaası davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq hazırda təmir-bərpa işləri aparılan ərazidə tamet daşları və qazon döşənilir, mövcud yaşıllıqlar bərpa edilir, yeni yaşıllıq zolaqları salınır və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər