Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında “Şahmat” turniri keçirilib.

26 oktyabr 2021 | 16:00

20-21 oktyabr 2021-ci il tarixlərdə Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 4 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 247 saylı tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında “Şahmat” turniri keçirilmişdir. Turnirin açılış mərasimi 20 oktyabr 2021-ci il tarixdə baş tutmuşdur. Açılış mərasimində Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Bakı şəhər Gənclər və ​ İdman Baş İdarəsinin məsul əməkdaşları , 4 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru və digər şəxslər iştirak etmişdir. ​ Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmişdir. Daha sonra yarışa start verilmişdir. İsveçrə sistemiylə keçirilən yarış 7 turdan ibarət olmuşdur.

2 gün davam edən yarışda şəxsi hesabda 54 saylı tam orta məktəbin şagirdi Azadəliyev Cahandar I, 16 saylı Texniki Humanitar Liseyin şagirdi Tağıyev İlqar II, ​ 247 saylı tam orta məktəbin şagirdi Hümmətov Səfa III, komanda hesabında isə 247 saylı tam orta məktəbin komandası I, 16 saylı Texniki Humanitar Liseyin komandası II, Hədəf Liseyinin komandası isə III yerlərə layiq görülmüşlər.​ Qaliblər diplom, medal və xatirə hədiyələri ilə təltif olunmuşlar.

Keçidlər