Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu ərazisində təmizlik və dezinfeksiya işləri aparılır.

04 dekabr 2021 | 16:00

Ümumşəhər iməciliyi tədbirləri çərçivəsində Nəsimi rayonu ərazisində təmizlik işləri, eyni zamanda  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin davam etdirilməsi məqsədilə kompleks tədbirlər aparılır.

Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən yuyulub təmizlənir və dezinfeksiyası işləri həyata keçirilir.

Beləliklə rayon ərazisində  sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlərin  görülməsi davam etdirilir.

Keçidlər