Şriftin ölçüsü :

Saytın rəngi :

Havaların kəskin dəyişməsi ilə əlaqədar Nəsimi rayonunda operativ tədbirlər həyata keçirilir.

14 yanvar 2022 | 16:00

Yanvar ayının 13-ü axşamdan 15-i gündüzədək Bakıda və Abşeron yarmadasında havanın kəskin dəyişəcəyi haqqında xəbərdarlıqla  əlaqədar rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın üzvləri məlumatlandırılmış, idarə-müəssə və təşkilatlarda məsul növbətçilər müəyyənləşdirilmiş,ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmaları üçün müvafiq tapşırıqlar verilmişdir.

Əvvəlcədən müəyyən edilmiş yolların və səkilərin qardan vaxtında və operativ təmizlənməsi üçün təhkim olunmuş cavabdeh təşkilatlar məlumatlandırılmış, rayon MKTB-nin tabeliyində olan texnikalar hazır vəziyyətə gətirilərək inventar, qum və duz tədarükləri görülmüş, işçılər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunmuşdur.

Görülmüş tədbirlər nəticəsində rayon ərazisindəki yollar və səkilər qardan təmizlənib.

Keçidlər