Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti görüşü keçirildi.
2022-06-06
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin Rayon İcra Hakimiyyəti Başçısı ilə görüşü keçirilib. Görüşdə rayon ərazisinə birlikdə baxış keçirilmiş, rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır.
İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi.
Qeyd olundu ki, rayonda keçiriləcək abadlıq, quruculuq işləri rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Açıq hökumət prinsipləri nəzərə alınmaqla vətəndaş cəmiyyəti institutları ilə əlaqələri daha da dərinləşdirmək, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılmasını təmin etmək və vətəndaş cəmiyyəti institutları ilə ünsiyyətin yeni formatını təsbit etmək məqsədilə yaradılmış “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” ötən il ərzində uğurla fəaliyyət göstərmiş, onun vasitəsilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən geniş spektrli mövzular müzakirə edilmiş və mühüm qərarlar qəbul edilmişdir. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin növbəti nəticəsidir.
Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında nəsimi rayon İcra Hakimiyyəti yanında İctima Şuranın üzvləri ilə milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə İctimai Şuranın üzvləri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Məlahət İbrahimqızı və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə İctimai Şuranın üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev açaraq bildirdi ki, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətimiz milli-mənəvi dəyərlər sisteminə aiddir. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi Ulu öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşında tarixi imzası olan Ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Milli-mənəvi dəyərlər sistemini daha da gücləndirmişdir.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib.
2021-10-22
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib.
Görüşdə Şura üzvlərinin rəy və təklifləri dinlənilmişdir.
İctimai Şuranın üzvü Mehman Musayev ictimai nəqliyyatın strateji sahə olduğunu qeyd edərək onun prioritetləşdirilməsinin və davamlı inkişafının, bu sahədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıb. O, son illərdə Nəsimi rayonunda bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətindən danışıb.
Şura üzvü Sevinc Budaqova yaşıllıqların salınması və qorunması istiqamətində görülən tədbirlərin rayonun ekoloji mühitinə təsirlərinə toxunmaqla bu istiqamətdə fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
İctimai Şuranın üzvü Gülnarə Hacıyeva görülən işlərlə bağlı ictimai iştirakçılığın artırılması üçün məlumatlandırılma tədbirlərinin genişləndirilməsinin zəruri olduğunu deyib.
Şura üzvü Vüqar Zeynallı ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib.
Şura üzvü Sahibə Abbasova qadınlara qarşı məişət zəmnində psixi və fiziki zorakılq hallarının polis orqanlarında araşdırılması işinin təkmilləşdirilməsi, eyni zamanda bu təbəqədən olan uşaqlarla bağlı mütəmadi işin aparılması təklifini irəli sürdü.
Nəsimi rayonu İcra Hakimimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov Nəsimi rayon İcra Hakimiyyətinin fəaliyyətinin ictimaiyyətə çatdırılması və digər müvafiq sahələrdə İctimai Şuranın fəal iştirakının vacibliyini qeyd edib və dəstək verməyə hazır olduqlarını bildirib. Elnur Rəhimov cəmiyyətin maarifləndirilməsi, nəzərdə tutulan yeniliklərə münasibətinin öyrənilib təhlil olunması baxımından İctimai Şura ilə məsləhətləşmə və müzakirələrin davamlı şəkildə aparılmasının əhəmiyyətini vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva İcra Hakimiyyətinin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.
Vətəndaşlarla dövlət qurumları arasında bir körpü rolunu oynamaqla yanaşı eyni zamanda da əhəmiyyətli bir platformadır. Şura işini daha da gücləndirməli, eyni zamanda cənab Prezident İlham Əliyevin dediyi kimi ctimai nəzarəti aparmalıdır. Şuranın rayonun inkişafı üçün söykənən təkliflərin reallaşması üçün əlimizdən gələni etməyə hazırıq.
Nəsimi rayonu İcra Hakmiyyəti yanında İctimai Şuranın şəhid ailələri və veteranları ilə görüşü keçirilib.
2021-09-17
Görüşdə Şuranın sədri Elnur Rəhimov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.
Ölkəmizdə şəhid ailələri və veteranlarla iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığı, otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.
Dövlətimizin başçısının, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və veteranlara daim diqqət və qayğı göstərdiyi bir daha minnətdarlıq hissi ilə qeyd edilib.
Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran və bir il əvvəlki seçkilərdə tərkibi yenilənən İctimai Şura ilə Nəsimi rayon İcra Hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndiyi, şəhid ailələrinin və veteranların qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb. Şura üzvləri vaxtaşırı Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq strukturları ilə birgə araşdırılır, mövcud qanunvericilik çərçivəsində öz həllini tapır. Operativ fəaliyyət üçün şura üzvləri və Nəsimi rayon İcra hakimiyyətinin səlahiyyətli şəxslərindən ibarət vatsap qrupunun yaradıldığı, şəhid ailələrinin və veteranların müraciətlərinin dərhal cavablandırılması üçün bu imkandan səmərəli istifadə edildiyi bildirilib. Şuranın sosial şəbəkələrdəki hesabları isə şəhid ailələri və veteranlarla aktiv əlaqə vasitəsidir.
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın görüşü keçirildi.
2021-04-27
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin Rayon İcra Hakimiyyəti Başçısı ilə görüşü keçirilib. Görüşdə rayon ərazisinə birlikdə baxış keçirilmiş, rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır.
İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi.
Qeyd olundu ki, rayonda keçiriləcək abadlıq, quruculuq işləri rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
Daha sonra Şura üzvləri rayonun müxtəlif ərazisinə baxış keçirmişdi.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın onlayn ilk iclası keçirildi.
2020-12-18
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan sədr Elnur Rəhimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib.
QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Qeyd edək ki, Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “ Açıq hökumətin təşviqinə dair 2016-2018 –ci illər üçün Milli Fəaliyyət planı” nda da ictimai iştirakçılıqla bağlı yeni vəzifələr qoyulub.
Çıxış edən sədr müavini Aslanlı Emil qeyd etdi ki, şuranın fəaliyyəti dövründə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq ediləcəyini , İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndiriləcəyini qeyd etdi. O , İctimai Şuranın üzvlərinə ictimaiət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması , dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Çıxış edən Şura üzvləri İctimai Şuranın fəaliyyətinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.